22 İyun 17:55
5 863
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın dini lideri Əli Xameneyi iyunun 28-də ölkədə keçiriləcək prezident seçkiləri öncəsi namizədlərin dövlət televiziyasındakı mübahisələrindən danışıb.

Teleqraf.com xəbər verir ki, dini lider bəzən mübahisələrin düşmənçilik həddinə çatdığını söyləyib.

“Məsləhətim budur ki, namizədlərin televiziyadakı debatları və ya açıq bəyanatları düşmənlərini sevindirməsin.

Düşməncə sözlər deməyin, bu, mühüm məqamdır. Bəzən ölkə, xalq və nizamı düşmənləşdirən sözlər işlədilir, bu, yolverilməzdir. Deyilənlər ölkə, xalq və sistem düşmənlərini sevindirməyən sözlər olmalıdır”, - Xameneyi bildirib.

İranda prezidentliyə namizədlər arasında debatlar dövlət televiziyası ilə canlı yayımlanır. Debatlarda bəzi namizədlər dünya ilə qarşılıqlı əlaqənin olmaması, ayrı-seçkilik, internet qadağaları və məcburi hicab praktikasını tənqid ediblər.

Müzakirələr zamanı xüsusilə mühafizəkar Tehran meri Əli Rza Zəkani islahatçıların yeganə namizədləri Məsud Pezeşkiyan və Mustafa Purməhəmmədi ilə sərt polemikalar aparıb.

Prezident seçkilərində 6 namizəd yarışacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər