25 İyun 23:24
343
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya mayın 17-də Avropa İttifaqı Şurasının bəzi rus media şirkətlərinə “hər cür yayım fəaliyyətini” qadağan edən qərarına cavab verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda Avropa Birliyinin Komissiyasının mayın 17-də qəbul etdiyi qərarın bu gündən qüvvəyə mindiyi xatırladılıb və buna cavab olaraq 81 media qurumunun yayımına qadağa qoyulmasına qərar verildiyi açıqlanıb.

Bəyanatda bildirilir ki, Rusiya mediasına qoyulan məhdudiyyətlər aradan qaldırılarsa, Moskva öz qərarına yenidən baxacaq.

Rusiya tərəfinin qərarı ilə qadağan edilən media qurumları arasında Almaniyanın "Der Spiegel", İrlandiyanın milli yayım şirkəti "RTE", İspaniyanın gündəlik "El Mundo" qəzeti, İspaniyanın "EFE" xəbər agentliyi, Fransanın "Le Monde" qəzeti və Fransanın "France-Presse" (AFP) xəbər agentliyi var.


Müəllif: Arzu

Oxşar xəbərlər