28 İyun 00:45
348
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqına tamhüquqlu üzv olmaq Türkiyə üçün strateji hədəf olaraq qalır.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada estoniyalı həmkarı Alar Karislə keçirdiyi mətbuat konfransında bildirib.

“Mütəmadi olaraq vurğuladığımız kimi, Avropa İttifaqına tamhüquqlu üzv olmaq bizim strateji hədəfimizdir. Aİ-nin də Türkiyəyə eyni mövqedən yanaşması ümumi maraqlarımıza uyğundur. Əminəm ki, Estoniyanın bu kontekstdə Türkiyəyə dəstəyi bundan sonra da artacaq. Mən Karisə də bu gözləntilərimi söylədim”, - Ərdoğan deyib.


Müəllif: Teleqraf.com