28 İyun 08:36
370
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada ilk dəfə olaraq Finlandiyada quş qripinə yoluxma riski yüksək olan insanlar peyvənd olunacaq.

Teleqraf.com xəbər verir ki, Finlandiyada gələn həftədən etibarən ev quşları ilə təmasda olanlar peyvənd ediləcəklər.

Bunun üçün hökumət 10 min nəfər üçün peyvənd alıb. Vaksini hazırlayan şirkət qeyd edib ki, Finlandiya peyvəndi tətbiq edən ilk ölkə olacaq.

Son aylar quş qripi yenidən güclənib. Xəstə heyvanlara və ya onların saxlanıldığı yerlərə yaxın olan insanlarda virus aşkarlanıb. Quşçuluq təsərrüfatlarında çalışan işçilər, quş qripi nümunələrini emal edən laborantlar, baytarlar risk qrupuna daxildirlər.

Bundan əlavə, quş qripinə yoluxan və onlarla yaxın təmasda olanlar da peyvənd olunacaqlar.


Müəllif: Arzu

Oxşar xəbərlər