1 İyul 17:20
522
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Brilliant Dadaşova həyat yoldaşı, Səməd Vurğun adına Akademik Rus Dram teatrının direktoru Ədalət Hacıyevlə bağlı sosial media hesabında paylaşım edib.

Teleqraf.com xəbər verir ki, Brilliant Dadaşova İnstaqramda video paylaşaraq həyat yoldaşının doğum günü olduğunu bildirib: "Ədalət müəllim o qədər təvazökar insandır ki, Murad Dadaşov tort göndərməsə, ad günündə evdə tort da olmayacaqdı. Ad günün mübarək! Neçə-neçə belə illərə çıxasan. Cahadın toyunu görəsən. O gün olsun ki, Murad Dadaşov Cahadın toyunda bizə tort göndərsin".

Qeyd edək ki, cütlüyün bir oğlu var.


Müəllif: Rəqsanə Həsənova