1 İyul 19:56
544
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Ali Məhkəməsi prezidentliyə namizəd Donald Trampın hüquqi təqibdən azad olunaraq, qismən toxunulmazlıq hüququna malik olduğuna dair qərar verib.

Teleqraf.com xəbər verir ki, məhkəmə ABŞ-ın keçmiş prezidentlərinin rəsmi vəzifələri çərçivəsində hərəkətlərinə görə qanuni təqibdən uzaq olduğu vurğulanıb.

Sənəddə Tramp və digər keçmiş ABŞ liderləri üçün cinayət təqibinə qarşı tam toxunulmazlığın “konstitusiya səlahiyyətləri” çərçivəsində olduğu bildirilir.

“ABŞ-ın keçmiş prezidentinin mümkün mühakimələrə qarşı toxunulmazlıq hüququ var", deyə qərarda qeyd olunur.

Məhkəmə qərarında prezidentin digər hərəkətləri üçün toxunulmazlığın olmadığı vurğulanır.


Müəllif: Arzu