Avropa Birliyi Komissiyası "Meta" şirkətinin "ödəniş et və raz ol" reklam modelinin Rəqəmsal Bazarlar Aktına (DMA) uyğunluğunu araşdırıb.
Teleqraf.com xəbər verir ki, AB Komissiyasının yaydığı məlumata görə, bu cür reklam strategiyası Rəqəmsal Bazarlar Aktına uyğun gəlmir.
Noyabr ayında Meta Avropadakı istifadəçilərə Facebook və Instagram-a reklamsız girişi təmin etmək üçün aylıq abunə seçimi təklif etməyə başladı. Avropadakı istehlakçı birlikləri "Meta"nın ödənişli abunə çağırışından şikayət ediblər. Avropa Birliyi texnologiya qaydalarına əsasən, böyük şirkətlər və Meta kimi rəqəmsal platformalar daha sərt müddəalara tabedir. Birliyin rəqəmsal qanunlarını pozan şirkətlərə qlobal dövriyyəsinin 10 faizinə qədər cərimə tətbiq edə bilər.