Cəlilabadda yağış suları qədim dövrə aid olduğu ehtimal edilən məzardan sümük qalıqlarını üzə çıxarıb.
Teleqraf.com xəbər verir ki, bu barədə tarixçi Elşad Əmənov məlumat verib.
Onun sözlərinə görə, tapıntılar rayonun Badamağacı kəndində, yolun kənarında aşkarlanıb.
O bildirib ki, əvvəllər bu ərazidə el arasında "Kosa məzarı" deyilən bir məzar olub. Güman etmək olar ki, bu sümüklər elə həmin qəbirə aiddir.
Tarixçi, həmçinin qeyd edib ki, ərazidə tarixi araşdırmalar aparmaq vacibdir. Məhz bundan sonra tapıntılar barədə ətraflı məlumat söyləmək olar.