1 İyul 20:53
1 350
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycandan Bolqarıstana qaz ixracı müzakirə olunub.

Teleqraf.com xəbər verir ki, müzakirələr bu gün SOCAR prezidenti Rövşən Nəcəf Bolqarıstanın energetika naziri Vladimir Malinov arasında keçirilən görüşdə aparılıb.

Bildirilib ki, görüşdə Azərbaycan ilə Bolqarıstan arasında enerji sektorunda əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb, Cənub Qaz Dəhlizinin Avropanın, o cümlədən Bolqarıstanın enerji təhlükəsizliyindəki rolu qeyd olunub.

Bu xüsusda, ötən ay SOCAR-ın Bolqarıstanda sənaye müəssisələrinə təbii qaz tədarükünə başlamasından məmnunluq ifadə edilib, həmçinin SOCAR-ın Bolqarıstanda ofisinin açılmasının ölkələrimizin enerji sektorunda əlaqələrinin inkişafı baxımından əhəmiyyəti qeyd olunub.

Söhbət zamanı enerji sahəsində əməkdaşlığın cari vəziyyəti və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər