ABŞ-nin Balıq və Vəhşi Təbiət Xidməti nəsli kəsilməkdə olan xallı bayquşu potensial nəsli kəsilməkdən xilas etmək üçün qalmaqallı layihə irəli sürüb.
Teleqraf.com xəbər verir ki, Oreqon, Vaşinqton və Kaliforniyada azalan xallı bayquş populyasiyasını dəstəkləmək məqsədi daşıyan plana təhlükə yarada biləcək bayquşların öldürülməsi daxildir.
Projeyə əsasən, bayquşu məhv olmaqdan xilas etmək üçün rəqiblərini öldürmək üçün təlim keçmiş snayperlər işə götürüləcək. Snayperlər xallı növləri məhv edən təxminən yarım milyon zolaqlı bayquşu öldürmək üçün Qərb Sahili meşələrində yerləşdiriləcək.
Xidmətin yayımladığı sənədlər göstərir ki, 30 il ərzində təqribən 450 min zolaqlı bayquş mərhələli şəkildə vurulacaq. Prosesin gələn ilin yazında başlayacağı bildirilir.
Zolaqlı bayquşlar qeydə alınmış bayquş səsləri yayan meqafonlardan istifadə edilərək cəlb olunacaq və sonra silahla vurulacaq.
Qalmaqallı layihə etirazlara səbəb olub.