8 İyul 08:00
432
12 Punto 14 Punto 16 Punto 18 Punto

Macarıstanın Baş naziri Viktor Orban “sülh missiyasını” davam etdirmək üçün Pekinə səfər edib.

Teleqraf.com xəbər verir ki, bu barədə siyasətçi sosial şəbəkədəki səhifəsində yazıb.

“Sülh missiyası 3.0”, – o yazıb və paylaşımına “Pekin” həştəqi, həmçinin hava limanından bir fotoşəkil əlavə edib.

“Reuters” agentliyi Macarıstan hökumətinin başçısının mətbuat katibi Bertalan Havaşiyə istinadən yazıb ki, Orbanın Çin Sədri Si Cinpinlə görüşəcək.

Agentliyin məlumatına görə, Çin Xarici İşlər Nazirliyi də siyasətçinin səfərini təsdiqləyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər