9 İyul 13:45
499
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hizbullah” terror təşkilatının Livandan raket hücumu nəticəsində İsraillə iş aparan pilotsuz uçan aparat (PUA) şirkətini təmsil edən ABŞ vətəndaşının da yaralandığı bildirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə CBS News ABŞ rəsmilərinə istinadla məlumat verib.

Məlumatda deyilir ki, “Hizbullah”ın son vaxtlar artan raket hücumları nəticəsində bir amerikalı mülki şəxs yaralanıb.

ABŞ Dövlət Departamenti məlumatı təsdiqləyib. Qurumun sözçüsü ABŞ-nin Yerusəlimdəki səfirliyinin yaralı və ailəsinə kömək etdiyini bildirib və Amerika vətəndaşlarını İsrail və İordan çayının qərb sahilində diqqətli olmağa çağırıb.

İsrail və Livan arasında “Mavi xətt” adlanan sərhəd xəttində son həftələrdə gərginlik artıb.

“Hizbullah”ın səhra komandiri Məhəmməd Nimə Nəsir iyulun 3-də İsrail ordusunun Livanın cənubuna hücumu zamanı ölüb. Sözügedən hücuma cavab olaraq terror təşkilatı iyulun 4-də İsrailin şimalına 20 PUA və 200 raket atıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər