9 İyul 15:52
827
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan-ABŞ birgə təliminin təxirə salınması və Avropa Birliyinin (AB) Müdafiə Nazirliyinə 30 milyon avro yardımının dondurulması hakimiyyətin ehtiyatsız və düşmən siyasətinin nəticəsidir.

Teleqraf.com xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili deyib.

“ABŞ-nin hərbi təlimlərinin ləğv edilməsinin ardınca müdafiə qüvvələri üçün 30 milyon avronun ayrılması donduruldu. Hakim partiyanın (“Gürcü Arzusu”) ehtiyatsız və düşmən siyasətinə cavab budur”, - prezident vurğulayıb.

AB-nin Gürcüstandakı səfiri Pavel Qerçinski bundan əvvəl bildirib ki, Avropa Birliyi bu ölkənin Müdafiə Nazirliyinə verilməsi planlaşdırılan 30 milyon avronun dondurulmasına qərar verib. Bundan başqa, onun sözlərinə görə, Gürcüstanın AB-yə üzvlük prosesi də dayandırılıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər