10 İyul 17:06
1 065
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəzi ölkələrdə prezidentlər, baş nazirlər və hökumət başçıları yüksək maaş alırlar. Bu siyahı müxtəlif mənbələrə görə 2024-cü ildə ən çox qazanan 10 dünya liderini sıralayır.

Teleqraf.com xəbər verir ki, maaşlar ABŞ dolları ilə hesablanıb və təxminidir.

Siyasətlərdəki dəyişikliklərə görə əlavə müavinətlər və digər kompensasiyalar ilbəil dəyişir.

Dünya liderləri arasında ən yüksək maaş alan lider ildə 1.6 milyon dollardan çox qazanır. Bura illik əmək haqqı paketi, 13-cü ay bonusu və digər əlavə müavinətlər də daxildir.

Ən yüksək maaş alan liderlərin aşağıdakılardır:

Yeni Zelandiya Baş naziri Kristoper Lükson - 288 min dollar

Kanada Baş naziri Castin Trüdo - 292 min dollar

Avstriya Kansleri Karl Nehammer – 307 min dollar

Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen – 364 min dollar

Almaniya Kansleri Olaf Şolz – 367 min dollar

Avstraliya Baş naziri Entoni Albeneze – 290 min dollar

ABŞ Prezidenti Co Bayden – 400 min dollar

İsveçrə Prezidenti Viola Amxerd – 530 min dollar

Honq-Konq Baş icraçı sədri Con Li Ka-Çiu – 695 min dollar

Sinqapur Baş naziri Lourens Vonq – 1.61 milyon dollar.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər