10 İyul 21:48
1 006
12 Punto 14 Punto 16 Punto 18 Punto

Macarıstan Baş naziri Viktor Orban Ukraynaya səfərindən sonra Rusiya və Çin liderləri Vladimir Putin və Si Cinpinlə görüşüb. Əsas mövzulardan biri Rusiya-Ukrayna savaşı olub.

Teleqraf.com xəbər verir ki, bu barədə İspaniyanın “El Pais” qəzeti yazır.

Orban Avropa Şurasının prezidenti Şarl Mişel və Avropa Birliyinin liderlərinə göndərdiyi məktublarda Çinin Rusiya-Ukrayna müharibəsinə dair yanaşmasını diqqətə çatdırıb.

Macarıstan liderinin sözlərinə görə, AB gələcək sülh dialoquna hazırlaşmaq üçün Çinlə əlaqə saxlamalıdır, özü də Pekini ədalətli vasitəçi kimi görür.

“Dövlət başçısı Si Çinin siyasətini sülh siyasəti kimi görür, ABŞ və Avropanın siyasəti isə müharibə siyasətidir və bu siyasətdə Avropa avtomatik olaraq Amerika xətti ilə gedir”, - Orban bildirib.

Sülh formulundan danışan Orban qeyd edir ki, Putin 2022-ci ilin yazında irəli sürülən təklifi məqbul hesab edir. Həmin plan Krım yarımadasının bir müddət Rusiyanın nəzarətində qalmasını, Kiyevin NATO üzvlüyündən imtinasını, Ukrayna ordusunun sayı və potensialına məhdudiyyətlərin qoyulmasını və Ukraynanın neytral statusu ilə bağlı bir sıra Qərb ölkələrinin təhlükəsizlik zəmanətini nəzərdə tuturdu.

“Putin və Cinpin Rusiya və Ukrayna arasında yeni sülh danışıqlarının ilin sonuna qədər baş tutacağını güman edir”, - məqalədə qeyd olunur.

Nəşrin fikrincə, Putin əsasən Ukrayna ordusunun təslim olmasını nəzərdə tutan tələblər irəli sürür.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər