Ukrayna Silahlı Qüvvələri Rusiyanın Rostov vilayətinin Simlyanck rayonundakı neftbazaya dronlarla hücum edib.
Teleqraf.com xəbər verir ki, məlumatı Rusiya və Ukrayna KİV-ləri yayıb.
Bildirilib ki, Rostov vilayətinin qubernatoru Vasili Qolubev neft bazasına hücum nəticəsində yanğın olduğunu təsdiqləyib.
Rusiya KİV-in məlumatına görə, Ukraynanın Xerson vilayətində partlayış olub.