İslamabad dairə məhkəməsi Pakistanın sabiq baş naziri İmran Xan barəsində qanunsuz nikah işi üzrə hökmü ləğv edib.
Teleqraf.com xəbər verir ki, nəticədə Xana qarşı son məhkəmə qərarının müddəti başa çatıb və azadlığa buraxıla bilər.
Rayon hakimi Əfzal Majoka Xan və onun həyat yoldaşı Büşra Bibinin müraciəti ilə razılaşaraq bildirib ki, siyasətçiyə qarşı aktiv həbs qərarı yoxdursa, o zaman həbsdən azad edilməlidir.
Hakimin sözlərinə görə, əgər onlar başqa bir iş üzrə axtarışa verilməzsə, o zaman hər ikisi dərhal azadlığa buraxılmalıdır.
Qeyd edək ki, fevral ayında məhkəmə İmran Xan və həyat yoldaşı Buşra Bibini (Xan) 7 il müddətinə azadlıqdan məhrum edib. Səbəb olaraq isə Büşra Bibinin boşandıqdan sonra İmran Xanla evlənərkən interval gözləməməsi və bununla da tərəflərin islam qanunlarını pozması göstərilib.
Bu hadisədən sonra onlar hökmdən apellyasiya şikayəti veriblər. Apellyasiya məhkəməsinin qərarında isə hər iki şikayətçinin ittihamlardan bəraət aldığı əks olunub. Lakin hazırda İmran Xan digər ittihamlar üzrə bəraət almadığına görə həbs cəzası çəkməyə davam edəcək.