ABŞ-ın Pensilvaniya ştatında keçmiş prezident, Respublikaçılar Partiyasının builki prezident seçkilərində real namizədi Donald Trampa atəş açan Metyu Kruksla bağlı daha bir məlumat yayılıb.
Teleqraf.com xəbər verir ki, 20 yaşlı gəncin Trampı vurmazdan əvvəl video yaydığı məlum olub.
“Mənim adım Tomas Metyu Kruksdur. Mən respublikaçılara nifrət edirəm, Trampa nifrət edirəm", - deyə o videoda bildirib.