15 İyul 13:09
689
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda prezident seçkisində Məsud Pezeşkianın rəqibi, Tehran şəhərinin meri Əlirza Zəkani işdən qovulur.

Teleqraf.com Axar.az-a istinadən xəbər verir ki, bu barədə Tehran Şəhər Şurasının üzvü Mehdi İqrarian deyib.

“Zəkani prezident seçkisində xalqın sərt reaksiyası ilə qarşılaşdı və bu vəzifədə qalmağa layiq deyil. Onun işdən qovulması Şəhər Şurasının gündəliyindədir, ancaq meri hələ də himayə edən şəxslər var”, - o bildirib.

Qeyd edək ki, bundan əvvəl Əlirza Zəkaninin işdən qovulması tələbi ilə imza kampaniyası başladılıb və yüz minlərlə tehranlı petisiyanı imzalayıb.

Zəkani seçkiqabağı televizya debatında Məsud Pezeşkianın prezident olmasına icazə verməyəcəyini demişdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər