16 İyul 08:36
503
12 Punto 14 Punto 16 Punto 18 Punto

İlon Mask ABŞ-ın keçmiş lideri Donald Trampı prezidentlik kampaniyası çərçivəsində dəstəkləyən yeni siyasi komitəyə ayda təxminən 45 milyon dollar verməyi planlaşdırır.

Teleqraf.com xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti mənbələrə istinadən bildirib.

Məlumata əsasən, iyun ayında yaradılmış "Amerika PAC" adında komitənin məqsədi seçiciləri qeydiyyata almaq, onları erkən səs verməyə inandırmaq və dalğalanan ştatlarda poçtla göndərilən seçki bülletenlərini tələb etməkdir.

Bu işin görülməsi üçün komitənin yüzlərlə insanı işə götürdüyü qeyd edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər