16 İyul 21:37
2 282
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya şirkəti Ukraynada "F-15" və ya "F-16" ilk vurana 15 milyon rubl mükafat verəcək.

Teleqraf.com xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi mükafatı "FORES" şirkətinin verəcəyini açıqlayıb.

Bundan qabaq şirkət Ukraynadakı müharibədə məhv edilən "Leopard" və "Abrams" tanklarına görə də pul mükafatları verib.

Xatırladaq ki, daha əvvəl ABŞ-ın müdafiə naziri Lloyd Austin ABŞ, Hollandiya və Danimarkanın da olduğu koalisiyanın Ukraynanın "F-16"larla təmin etmək üçün çalışdığını bildirib.


Müəllif: Arzu

Oxşar xəbərlər