17 İyul 16:58
838
12 Punto 14 Punto 16 Punto 18 Punto

Federal Təhqiqat Bürosu mitinqdə ABŞ-nin keçmiş prezidenti Donald Trampı güllələyən Tomas Metyu Kruksun cəhdinin motivlərini müəyyən edə bilməyib.

Teleqraf.com xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Qeyd olunur ki, Amerika kəşfiyyat orqanları təcavüzkarın telefonuna giriş əldə etdikdən, onun kompüterini, evini, avtomobilini yoxladıqdan və 100-dən çox insanı danışdırdıqdan sonra da Trampa atəş açmasının səbəbini öyrənə bilməyib.

Hüquq-mühafizə orqanının rəsmisi "Associated Press"ə anonimlik şərti ilə deyib ki, Kruksun telefonunda motiv və ya təkbaşına hərəkət edib-etməməsi ilə bağlı heç bir sübut yoxdur.

Donald Trampa sui-qəsd iyulun 13-də axşam saatlarında baş verib. Keçmiş prezidentə bir neçə dəfə atəş açılıb, bundan sonra o, qulağı qanlı halda səhnədən aparılıb və xəstəxanaya yerləşdirilib.

Atəş açan şəxs 20 yaşlı Pensilvaniya sakini Tomas Metyu Kruksdur və o, yerindəcə öldürülüb.


Müəllif: Pərvin Cəfərova