Ursula fon der Leyen yenidən Avropa Komissiyasının sədri seçilib.
Teleqraf.com xəbər verir ki, Avropa Parlamentinin Strasburqda keçirilən plenar sessiyası zamanı bununla bağlı səsvermə baş tutub.
Keçirilən səsvermədə deputatlardan 401-i “hə”, 284-ü “xeyr” deyib, 15-i isə bitərəf qalıb.
Bununla da 2019-cu ildən Avropa İttifaqı (Aİ) Komissiyasının sədri olan Von der Leyen daha 5 il qurumu idarə edəcək.