Böyük Britaniyada 3,2 min kilometrədək mənzilə malik raketlərin hazırlanması imkanlarının müzakirəsinə başlanılıb.
Teleqraf.com xəbər verir ki, “The Times” qəzeti bu barədə Britaniyanın hakimiyyət orqanlarındakı mənbələrinə istinadla məlumat yayıb.
Məlumata görə, London bu layihəni Berlinlə birgə həyata keçirməyə hazırlaşır. Belə ki, Böyük Britaniyanın müdafiə naziri Con Hili iyulun 24-də Almaniyaya səfəri zamanı həmkarı Boris Pistorius ilə Rusiyanın nüvə potensialını məhv etmək üçüncmasını müzakirə edib.
Eyni zamanda, Con Hili və Boris Pistorius London və Berlin arasında hərbi əməkdaşlığa dair bəyannamə imzalayıblar. Həmin sənəd tərəflərin silah və sursatların hazırlanması, istehsalı və tədarükü sahəsində əməkdaşlığını gücləndirmək niyyəti daşıyır.
Londonla Berlinin hazırlayacağı bu raketlər gələcəkdə ABŞ-ın Almaniyada yerləşdirəcəyi qanadlı raketləri əvəzləyə bilər. İyulun 10-da Ağ evin mətbuat xidməti ABŞ-ın 2026-cı ildən başlayaraq Avropadakı silahlara nisbətən daha geniş diapazonlu yeni raketlərini Almaniya ərazisində yerləşdirməyə başlayacağını elan edib.
Ekspertlərin sözlərinə görə, “Vanguard” tipli sualtı qayıqların daşıdığı “Trident II” ballistik raketləri nəzərə alınmasa, hazırda Böyük Britaniya Silahlı Qüvvələrinin arsenalında olan ən uzun mənzilli raket təxminən 250 kilometr məsafədəki hədəfləri vura bilən “Storm Shadow” raketləridir.