ABŞ-nin keçmiş prezidenti Donald Tramp vitse-prezident Kamala Harrislə debatda iştirak etməyə hazır olduğunu bildirib.
Teleqraf.com xəbər verir ki, Tramp Harrislə debat etməyə hazır olduğunu açıqlayıb və onu asan rəqib adlandırıb:
“Mənim heç bir formada debatımıza etirazım yoxdur”.
Ölkənin keçmiş liderinin sözlərinə görə, Harrislə debat etmək ölkənin indiki prezidenti Co Baydendən daha asan olacaq.
Xatırladaq ki, iyulun 21-də ABŞ-nin hazırkı Prezidenti Cozef Bayden dövlət başçısı postuna yenidən seçilmək istəmədiyini elan edib və vitse-prezident Kamala Harrisin namizədliyini dəstəklədiyini bildirib.
ABŞ-də noyabrın 5-də prezident seçkiləri baş tutacaq.