1 Avqust 11:02
689
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Suriya lideri Bəşər Əsəd arasında görüş üçüncü ölkədə planlaşdırılır.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

"Danışıqlar aparılarsa, bu, üçüncü ölkə olacaq. Amma bu, hələ dəqiqləşdirilməyib. Biz suriyalı həmkarlarımızla iki ölkənin rəhbərliyi səviyyəsində görüşün nə vaxt və necə keçiriləcəyi ilə bağlı işləyirik. Gündəliyi hazırlamağa çalışırıq. Hazırda dəqiq qrafik yoxdur, sadəcə olaraq, bir təzahür var. Qarşı tərəflə təmasda gördüm ki, onlar danışıqlara açıqdırlar. Hələ ki bizə heç bir ilkin şərt irəli sürməyiblər", - Fidan bildirib.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər