3 Avqust 13:33
763
12 Punto 14 Punto 16 Punto 18 Punto

HƏMAS Hərəkatının hərbi qanadı "Qəssam" Briqadasının liderlərindən biri Heytəm Balidi İsrailin PUA hücumu nəticəsində həyatını itirib.

Teleqraf.com xəbər verir ki, İsrail ordusu İordan çayının qərb sahilində Tulkərimə hava zərbəsi endirib.

Hərəkətdə olan avtomobilin hədəf alındığı hücumda ümumilikdə 5 nəfərin həyatını itirdiyi bildirilir.

HƏMAS həmin şəxslərdən birinin Heytəm Balidi olduğunu təsdiqləsə də, digər 4 nəfərin kimliyi ilə bağlı açıqlama verilməyib. Cəsədlərin tamamilə yandığı iddia olunur.

İsrail ordusu avtomobildə terrorçuların olduğunu bildirib.

HƏMAS-ın siyasi lideri İsmayıl Haniyə iyulun 31-də İranın paytaxtında öldürülüb. İran olaya görə İsraili ittiham edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər