4 Avqust 19:03
317
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransada taksi sürücüsü İsveçrə Yelkənli İdman Federasiyasının prezidentinə hücum edərək qarət edib.

Teleqraf.com xəbər verir ki, bu barədə La Provence məlumat yayıb.

Lukas Landolt İsveçrə yığmasını dəstəkləmək üçün Marselə gəlib və kirayə götürdüyü 8-ci məhəllədəki mənzilə çatmaq üçün taksi çağırıb.

“Uber” sürücüsü Landoltu istədiyi ünvana çatdırıb. Lakin sonra dəyənəyi çıxararaq onu qarət edib. Hücum edənin əlindən qaçan isveçrəli daha sonra polis bölməsinə gedərək şikayət ərizəsi yazıb.

Səhəri gün şübhəli şəxs saxlanılıb. Caninin Landolta vurduğu zərərin miqdarı göstərilmir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər