HAMAS-ın hərbi qanadı Əl-Qəssam Briqadası Fələstin hərəkatının Siyasi Bürosunun yeni rəhbəri Yəhya Sinvara beyət edib.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə HAMAS nümayəndəsi Əbu Ubeydə məlumat yayıb.
"Biz onun qərarlarını həyata keçirməyə tam hazır olduğumuzu bəyan edirik", - Əbu Ubeydə videomüraciətində bildirib.
Qeyd edək ki, avqustun 6-da Yəhya Sinvar Fələstin HAMAS hərəkatının Siyasi Bürosunun yeni rəhbəri seçilib . O, əvvəllər Qəzza zolağında hərəkatın lideri olub.