10 Avqust 21:00
546
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülkadir Uraloğlu “Instagram” sosial şəbəkəsinin açılması üzrə danışıqların son mərhələdə olduğunu bildirib.

Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, Əbdülkadir Uraloğlu sosial şəbəkənin sahibi olan şirkətlə danışıqları davam etdirildiyini deyib.

“Əsas yol qət olunub. Ümid edirik ki, tezliklə razılıq əldə edəcəyik”, - deyə türkiyəli nazir bildirib. Uraloğlu vurğulayıb ki, rəsmi Ankara ölkədə hər hansı sosial şəbəkələri, medianı qadağan edən bir imicin formalaşmasına qəti şəkildə qarşıdır.

“Mən birmənalı olaraq əmin edə bilərəm ki, Türkiyə hakimiyyəti söz azadlığı mövzusuna sosial şəbəkələrin sahiblərindən daha geniş mənada yanaşır. Ankaradan fərqli olaraq onlar sosial şəbəkələri sizə xəbər vermədən bloklayırlar. Biz əvvəlcə problemin mövcudluğu ilə bağlı rəsmi xəbərdarlıq edir, sonra addımlar atırıq. Ümid edirəm ki, son nəticədə Türkiyə vətəndaşlarının gözləntiləri və həssaslığı nəzərə alınacaq”, - deyə o bildirib.

“Instagram”a girişin bloklanması ilə bağlı qərar avqustun 2-də Türkiyə İnformasiya Texnologiyaları və Kommunikasiyalar İdarəsi (BTK) tərəfindən qəbul olunub. İdarə diqqəti sosial şəbəkənin respublikanın Cinayət Məcəlləsində nəzərdə tutulmuş bir sıra cinayətlərin törədilməsi riskinə məhəl qoymamasına yönəldib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər