ABŞ-də Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp 2024-cü ilin noyabrında seçkilərdə qalib gələrsə, İranla dostluq münasibətləri quracağını bəyan edib.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə o, Nyu Cersi ştatının Bedminster şəhərində keçirdiyi mətbuat konfransında bildirib.
“Mən İrana qarşı pis rəftar etmək istəmirəm. Ümid edirəm ki, İranla dostluq münasibətində olacağıq. Ola bilsin, nəticə verəcək, ola da bilsin, alınmayacaq”, - deyə o qeyd edib.
Tramp bildirib ki, yaxşı münasibətlər qurmaq üçün İran nüvə silahına malik olmamalıdır.