16 Avqust 10:34
7 359
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qətər Baş naziri Məhəmməd bin Əbdülrəhman əl-Tani dünən ölkəsində baş tutan atəşkəs danışıqlarından sonra İran liderləri ilə danışıqlarda irəliləyişin olduğunu bildirib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Ynet” vasitəçi ölkələr - Qətər, Misir və ABŞ-dən olan mənbələrə istinadla məlumat yayıb.

Əl-Tani iranlı həmsöhbətlərinə deyib ki, irəliləyişin olduğu vaxtda Tehran və ya “Hizbullah” İsrailə hücum qərarının məqsədəuyğun olub-olmadığını hərtərəfli formada nəzərdən keçirməlidir.

Məlumatda qeyd olunur ki, telefon danışığı təsirli görünür. Vasitəçi ölkələrdən birinin rəsmisi “Hizbullah”ın İsrailə hücum qərarından sonra hərəkətə keçməkdən imtina etdiyini öyrəndiyini iddia edir.

İran mayın 31-də HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonra bunun qisasının İsraildən alınacağını açıqlamışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər