Tacikistanın Moskvadakı səfirliyi sərhəddə nəzarətin gücləndirilməsi ilə əlaqədar vətəndaşlarına müvəqqəti olaraq Rusiyaya səfərdən çəkinməyi tövsiyə edir.
Trend xəbər verir ki, bu barədə diplomatik missiya öz Teleqram kanalında məlumat yayıb.
"Rusiya Federasiyasının sərhəd-keçid məntəqələrində gücləndirilmiş nəzarət rejimini nəzərə alaraq, Tacikistan Respublikasının vətəndaşlarına müvəqqəti olaraq Rusiya Federasiyasına səfər etməkdən çəkinməyi tövsiyə edirik", - deyə bildirib.