16 Avqust 23:46
1 163
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moldova Rusiya ilə münasibətləri bərpa etmək üçün mümkün olan hər şeyi etməlidir.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Moldovanın tərkibindəki Qaqauziya muxtar vilayətinin başkanı (rəhbəri) Yevgeniya Qutsul deyib.

Qutsul Moldovada sənaye və kənd təsərrüfatının aşağı iqtisadi səviyyəsindən, eləcə də ölkənin Böyük Vətən Müharibəsindən sonra olduğu kimi, eyni sürətlə bərpa olunmasının zəruriliyindən danışıb.

“Bu gün bu istiqamətdə daha bir addım atılıb. Biz razılaşdıq ki, Rusiya Federasiyası ilə dostluq və əməkdaşlıq Moldovaya iqtisadi inkişafın yeni səviyyəsinə çatmağa kömək edəcək”, - deyə Qutsul Moskvada “Pobeda” blokunun və Liberal Demokrat Partiyasının nümayəndələri ilə görüşdə bildirib.

Siyasətçi əlavə edib ki, son 4 ildə “Avropa inteqratorları”nın hakimiyyəti ölkədəki iqtisadi vəziyyətə mənfi təsir göstərib.


Müəllif: Arzu