İtalyanın Moskvadakı səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
İtalyalı səfirə RAI (Radiotelevisione italiana) Dövlət Televiziya və Radio Şirkətinin jurnalistlərinin Ukrayna ordusunun hücumunu işıqlandırmaq üçün Kursk vilayətinə qanunsuz daxil olması ilə əlaqədar kəskin etiraz edilib.