19 Avqust 14:21
712
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Hərbi Dəniz Qüvvələrinin Yaxın Şərq və onun yaxınlığında 34 hərbi gəmisi var.

Teleqraf.com xəbər verir ki, iyulun 31-də HƏMAS lideri İsmayıl Haniyənin İranda öldürülməsindən sonra Vaşinqtonun bölgədə intensiv hərbi fəallığı diqqət çəkir.

ABŞ Haniyənin ölümündən sonra İranın İsrailə mümkün hücumunun qarşısını almaq üçün son bir neçə həftə ərzində bölgəyə hava, dəniz və quru qüvvələri göndərib.

Yerləşdirmə arasında ən diqqət çəkəni dəniz qüvvələrinin böyüklüyüdür. ABŞ Hərbi Dəniz Qüvvələrinin böyük zərbə gücünə malik döyüş gəmiləri Aralıq dənizi və Hind-Sakit okeanını keçərək Kipr adasının cənub-şərqi, Qırmızı dəniz, Oman və Bəsrə körfəzinə doğru irəliləyib. Bu çərçivədə müxtəlif ölçülü 34 ABŞ döyüş gəmisinin İsraili qorumaq üçün Yaxın Şərqi mühasirəyə aldığı bildirilir.

Təyyarədaşıyan “Abraham Lincoln” gəmisinin də Oman körfəzinə daxil olması gözlənilir. Nüvə raketləri daşıyan “USS Georgia” sualtı gəmisi artıq Aralıq dənizindədir. Digər təyyarədaşıyan gəmi “Teodor Ruzvelti” də Oman körfəzində yerləşir. “Ruzvelt”lə birlikdə idarəolunan raket esminesləri “USS John S McCain” və “USS Daniel Inoue” də körfəzdədir.

Şərqi Aralıq dənizində ABŞ Hərbi Donanmasının mühüm zərbə elementlərindən biri olan üç amfibiya hücum gəmisinin olduğu bildirilir. Bunlar “USS Wasp”, “USS Oak Hill” və “USS New York”dur. Bir şəhər boyda olan gəmilər hücum helikopterləri, yüzlərlə canlı qüvvə, zirehli texnika və sursat daşıdığı məlumdur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər