21 Avqust 18:45
352
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın müvəqqəti işlər vəkili Belarus Xarici İşlər Nazirliyinə çağırılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Bildirilib ki, buna səbəb Ermənistanın "Respublika uğrunda" partiyasının nümayəndələrinin Belarusun İrəvandakı səfirliyinə kartof, yumurta və pomidor atması olub.

Xatırladaq ki, Belarus Prezidenti Aleksandr Lukaşenko Ermənistanın kimsəyə lazım olmadığını demişdi. Buna etiraz əlaməti olaraq Ermənistan müxalifəti Belarus səfirliyinin qarşısında aksiya keçirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər