1 Sentyabr 01:47
751
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kiyev Rusiya ərazisində Ukrayna Silahlı Qüvvələrinin uzaqmənzilli raketlərlə vurmaq istədiyi hədəflərin siyahısını ABŞ-a təqdim edib.

Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Rüstəm Umerov müsahibəsi zamanı deyib.

O qeyd edib ki, Ukrayna “ATACMS” (Army Tactical Missile System) taktiki ballistik raketlərindən istifadə ilə bağlı məhdudiyyətlərin ləğvində israrlıdır.

Onun sözlərinə görə, Ağ Ev hələ də Kiyevin uzaqmənzilli silahların istifadəsinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı müraciətinə baxır.

“CNN”nin Amerika administrasiyasının nümayəndəsinə istinadən yaydığı məlumata görə, Amerika Birləşmiş Ştatları Kiyev hakimiyyətinə açıq şəkildə bildirib ki, artıq çox sayda “ATACMS” (Army Tactical Missile System) taktiki ballistik raketləri tədarük etmək fikrində deyil.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər