Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harrisin seçki qərargahı Donald Trampla debatı pozmağa çalışacaq.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri keçmiş prezidentin baş müşaviri Ceyson Miller deyib.
"Düşünürəm ki, Harris komandası bu debatdan qaçmaq üçün bir yol axtarır" - Miller deyib.
Qeyd edək ki, ABŞ prezidentliyinə namizədlər arasında debat sentyabrın 10-da ABC telekanalında keçiriləcək.