3 Sentyabr 10:34
731
12 Punto 14 Punto 16 Punto 18 Punto

İkinci Dünya Müharibəsindən sonra Almaniyada ilk dəfə olaraq radikal sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyası seçkilərdə qalib gəlib. Bu, NATO üçün ölümcül zərbə ola bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Telegraph” yazır.

Britaniya nəşrinə görə, rusiyapərəst, NATO və ABŞ-a düşmən münasibət bəsləyən Sara Vaqenknextin radikal sol partiyasının yüksəlişi ilə birlikdə radikal sağın uğuru liberallara ciddi təhlükə yaradır. Almaniyadakı bu gəlişmə Almaniyanın hüdudlarından kənarda da hiss olunacaq.

“Almaniya NATO-nun əsas üzvüdür, onun böyüklüyü və gücü alyansı istənilən istiqamətdə yelləməyə imkan verir. Almaniyanın iqtisadi gücü olmadan Avropa Rusiyanı cilovlaya bilməyəcək”, - məqalədə deyilir.

Bundan əlavə, Kansler Olaf Şolzun koalisiyasına daxil olan hər üç partiyanın seçkilərdə ağır məğlubiyyətə uğraması onun hakimiyyətinin başa çatması deməkdir. Gələn il keçiriləcək federal seçkilər onu postundan uzaqlaşdıracaq və yerinə sağ mərkəzçi hökumət gələcək.

Yeni kansler, çox güman ki, miqrantların ölkəyə girişlərinə icazə verməyəcəyini vəd edərək AfD-nin siyasətini artıq dəstəkləmiş Fridrix Merz olacaq.

Nəşr hesab edir ki, Mertz Ukraynaya hərbi yardıma da qarşı çıxır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər