Türkiyə ordusu sentyabrın 2-dən 5-dək İraqın şimalında və Suriyada ümumilikdə 35 terrorçunu məhv edib.
Bu barədə Teleqraf.com-a Türkiyənin Milli Müdafiə Nazirliyindən məlumat verilib.
Nazirliyin məlumatına görə, İraqın Metina, Zap, Qara, Qəndil və Asos bölgələrində terrorçuların 20 hədəfinə endirilən aviazərbələr nəticəsində azı 27 silahlı öldürülüb. Suriyanın şimalında daha 8 terrorçu zərərsizləşdirilib.
Müdafiə Nazirliyi Suriyada terrorçuların nəzarətində olan zonanın yaradılmasının qarşısını almaqda qərarlı olduğunu vurğulayıb.
Ümumilikdə, ilin əvvəlindən Türkiyə Silahlı Qüvvələri bölgədə azı 1860 silahlını zərərsizləşdirib.