Sentyabrın əvvəlində Ukrayna ərazisindən keçən "Drujba" neft kəməri ilə Rusiya neftinin Macarıstan və Slovakiyaya tədarükü kəskin artıb.
Teleqraf.com xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Sentyabrın 1-dən 4-dək olan dövrdə orta sutkalıq tranzit 18,3 min ton təşkil edib ki, bu da avqust ayı ilə müqayisədə 17 faiz çoxdur.
Bunlardan gündə 9,3 min ton Macarıstana gedir, baxmayaraq ki, ötən ay tədarüklər gündə 5,5 min ton təşkil edib.