16 Sentyabr 16:45
2 856
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən çox şadam ki, Gürcüstan və Ermənistan arasında strateji əməkdaşlıq formalaşıb.

Teleqraf.com xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze Tiflisdə erməni həmkarı Nikol Paşinyanla birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, strateji əməkdaşlıq iki ölkə arasında münasibətlərin dərinləşməsinə kömək edəcək: “Münasibətlərimizin dinamikası çox yüksəkdir, yüksək səviyyəli səfərlər tez-tez olur. Biz bu dinamikanı qorumağa borcluyuq”.

Gürcüstanın baş naziri Paşinyanla bütün sahələrdə əməkdaşlığın perspektivlərini müzakirə etdiklərini vurğulayıb.

Kobaxidze həmçinin əlavə edib ki, Gürcüstan Ermənistanla Azərbaycan arasında münaqişənin həlli ilə bağlı müsbət prosesi alqışlayır: “Biz də bunda öz rolumuzu oynamağa hazırıq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər