Ukrayna məhkəməsi Ali Radanın deputatı Aleksandr Dubinskinin Ukrayna parlamentini prezident seçkilərini təyin etməyə məcbur etmək tələbi ilə iddiasına baxacaq.
Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, Ukraynada prezident seçkiləri martın 31-də keçirilməli idi.
Ancaq ölkədə hərbi vəziyyət və səfərbərlik səbəbindən ləğv edildi. Sonra Ukrayna prezidenti Vladimir Zelenski deyib ki, seçkilər indi “vaxtsız” olub.