15 Sentyabr 23:10
1 155
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah Bakının Qaradağ və Səbail rayonlarında su kəsiləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, Səngaçal istiqamətində Kür 1 xəttində baş verən qəza hadisəsinin aradan qaldırılması işləri ilə əlaqədar sentyabrın 16-sı saat 11:00-dan 16:00-dək Qaradağ rayonu ərazisinə, Lökbatan qəsəbəsinə və Səbail rayonunun bir hissəsinə suyun verilməsində müvəqqəti fasilə yaranacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər