Rusiya qoşunları Donbasda irəliləməyə davam edir. Bir neçə yaşayış məntəqəsi yaxınlığında təsdiqlənmiş irəliləyiş qeydə alınıb.
Teleqraf.com xəbər verir ki, bu barədə cəbhədəki durumu izləyən Ukraynanın “DeepState” monitorinq qrupu bildirib.
Məlumata görə, ruslar Kolisnikivka, Katerinivka, Vodyanı, Uqledar, Spirn və Ukrainski yaxınlığında irəliləyib.
UNIAN da yazır ki, Rusiya qoşunları Pokrovsk yaxınlığında Ukrayna ordusunun müdafiəsini yara bilmədikləri üçün diqqətlərini Kuraxiv istiqamətinə yönəldiblər.