16 Sentyabr 13:30
879
12 Punto 14 Punto 16 Punto 18 Punto

Referendum Ermənistanın Avropa Birliyinə (AB) üzvlüyündə ilk yox, sonuncu addımdır.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentindəki hakim fraksiyanın rəhbəri Artur Ovannisyan deyib.

Onun sözlərinə görə, hakimiyyət ictimaiyyətin rəyini öyrənmək üçün bu mövzuda parlament dinləmələri keçirib.

“Tərəfdaşlarımız qanun çərçivəsində təqdim olunan vasitələrdən istifadə edirlər. Bura imzatoplama da daxildir. Avropa məqsədlərimizi açıq şəkildə bəyan etmişik və tərəfdaşlarımızla bu mövzuda müzakirələri davam etdiririk. Amma biz hadisələrdən və obyektiv reallıqdan çıxış edirik. AB-yə üzvlük müəyyən tədbirlər tələb edir. Bu, çox uzun bir prosesdir. Gözləntilərimizdə təmkinli olmalıyıq. Referendum AB-yə üzvlük prosesində ilk yox, sonuncu addımdır”, - Ovannisyan bildirib.

Xatırladaq ki, sentyabrın 16-dan noyabrın 14-dək Ermənistanın 4 qərbyönlü partiyası və bəzi QHT-lərin təşəbbüsü ilə AB-yə üzvlük referendumu məsələsi ilə bağlı imzatoplama keçiriləcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər