16 Sentyabr 10:09
3 430
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün ölkəmizdə müzakirə olunan konseptual dilemma belədir: Ermənistan Respublikası nə üçündür - bir forpost, dayaq nöqtəsi, ərazi baxımından daha böyük dövlətə sahib olmaq (“Tarixi Ermənistan” konsepsiyası), yaxud beynəlxalq səviyyədə tanınmış ərazisində öz vətəndaşlarının rifahını təmin edən dövlət (“Real Ermənistan” konsepsiyası)?

Teleqraf.com xəbər verir ki, bu sualı Ermənistan Baş naziri Nikol Paşinyan öz Feysbuk səhifəsində ünvanlayıb.

“İnanıram ki, xalqımız öz seçimini çoxdan real Ermənistanın xeyrinə edib. Amma biz - müxtəlif dövrlərin rəhbərləri bunu dinləməmiş, mahiyyətcə xalqımızı “tarixi dövrə”də (ərazi iddiaları ilə - red.) yaşamağa məcbur etmişik. Məhz buna görə də xalqımızdan üzr istəməliyik və mən də öz tərəfimdən üzr istəyirəm”, - baş nazir bildirib.

Paşinyan hesab edir ki, real Ermənistan (yaxud əsassız ərazi iddialarından imtina - red.) rifah, normal yaşayış, azadlıq, ədalət və təhlükəsizlik anlamına gəlir.

Baş nazir "Real Ermənistan" dedikdə mövcud Ermənistanı, "Tarixi Ermənistan" dedikdə isə ermənilərin qonşu ölkələrə, xüsusən də Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarını nəzərdə tutur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər