16 Sentyabr 12:46
908
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş nazir Nikol Paşinyan Fransa xarici işlər naziri Stefan Sejurnla görüşüb.

Teleqraf.com xəbər verir ki, baş nazir İrəvanda baş tutan görüşdə Fransa ilə əlaqələrin, o cümlədən təhlükəsizlik və iqtisadiyyat sahələrində daha da inkişaf etdiriləcəyini vurğulayıb.

“Bizim strategiyamız belədir: öz suverenliyimizi, müstəqilliyimizi, dövlətçiliyimizi gücləndirmək və möhkəmləndirmək istəyirik və bu yolda Fransanın dəstəyini yüksək qiymətləndiririk”, - Nikol Paşinyan bildirib.

Sejurn da Ermənistan-Fransa əməkdaşlığının təhlükəsizlik və iqtisadi sahələrdə ardıcıl inkişafının vacibliyini vurğulayıb: “Fransa Ermənistanın yanındadır və erməni xalqına dəstəyini davam etdirəcək, iki xalq arasında münasibətlərin möhkəmlənməsi üçün bütün səyləri göstəririk”.

Görüşdə Ermənistan-Azərbaycan sülh müqaviləsi ilə bağlı danışıqlara, eləcə də regionda gedən proseslərə də istinad edilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər