16 Sentyabr 21:23
314
12 Punto 14 Punto 16 Punto 18 Punto

Finlandiyada İŞİD-ə işləməkdə şübhəli bilinən üç nəfər saxlanılıb.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Məlumata əsasən, saxlanılanlar arasında rus vətəndaşı da var. Rusiyalı Finlandiya hakimiyyətinə Qafqazda doğulduğunu və 2011-ci ildən sonra Finlandiyaya gəldiyini deyib. Saxlanılan rus vətəndaşı ona qarşı 2017-ci ildə sənədlərin saxtalaşdırılmasında şübhəli bilinərək cinayət işi açıldığını, lakin sonradan ittihamların ləğv edildiyini deyib.


Müəllif: Arzu

Oxşar xəbərlər